Gələn həftə keçiriləcək UEFA Çempionlar Liqası və Avropa Liqası matçları baş tutmayacaq.
Oxu.Az xəbər verir ki, COVID-19 virusunun Avropada yayılması üzündən, bu matçlar təxirə salınıb.
Həmçinin, UEFA Gənclər Liqasının 1/4 final matçları da keçirilməyəcək. Bundan başqa, Çempionlar Liqası və Avropa Liqasının martın 20-nə planlaşdırılmış 1/4 final mərhələsinin püşkatma mərasimi də təxirə salınıb.
Qeyd edək ki, UEFA dünən 55 üzv assosiasiyaların nümayəndələrini Avropa Klub Assosiasiyası, Avropa Liqaları və FIFPro təmsilçisi ilə birgə videokonfransa dəvət edib. Martın 17-də keçiriləcək videokonfransda Avropa futbolunun taleyi müzakirə olunacaq.
Səbuhi Musayev
Rəylər