Türkiyə təmsilçisi "Beşiktaş" UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda Litvanın "Kauno Jalqiris" klubunu qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma İstanbul təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qalib komandanın heyətində O Hyon Kyu (6-cı dəqiqə), Amir Murilyo (12-ci dəqiqə) və Orkun Kökçü (60-cı dəqiqədə penaltidən) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12