Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunda növbəti oyunlar keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu gecəyarısı FCSB (Rumıniya) - "Fənərbağça" (Türkiyə) oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Qarşılaşmanı serbiyalı referi Nenad Minakoviç idarə edəcək. Ona həmyerliləri Nikola Boroviç və Bosko Bozoviç kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək.
30 yanvar
UEFA Avropa Liqası
Saat 00:00, FCSB - "Fənərbağça".