UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda növbəti oyunlar baş tutub.
Oxu.Az xəbər verir ki, IV tura 18 qarşılaşma ilə yekun vurulub.
Maraqla gözlənilən qarşılaşmalardan biri "Viktoriya" (Çexiya) və "Fənərbağça" (Türkiyə) komandaları arasında baş tutub.
Komandaların səylərinə baxmayaraq, matçda hesab açılmayıb - 0:0.
"Fənərbağça" dörd turdan sonra yeddi xala malikdir. "Viktoriya"nın aktivində isə 8 xal var.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Bazel" (İsveçrə) - FCSB (Rumıniya) - 3:1;
"Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa) - 1:0;
"Dinamo" (Xorvatiya) - "Selta Viqo" (İspaniya) - 0:3;
"Malmö" (İsveç) - "Panatinaikos" (Yunanıstan) - 0:1;
"Midtyulland" (Danimarka) - "Seltik" (Şotlandiya) - 3:1;
"Nitsa" (Fransa) - "Frayburq" (Almaniya) - 1:3;
"Zaltsburq" (Avstriya) - "Qou Ehed İqlz" (Niderland) - 2:0;
"Şturm" (Avstriya) - "Nottinqem Forest" (İngiltərə) - 0:0;
"Utrext" (Niderland) - "Portu" (Portuqaliya) - 1:1.
"Aston Villa" (İngiltərə) - "Makkabi" (Təl-Əviv, İsrail) - 2:0;
"Real Betis" (İspaniya) - "Lion" (Fransa) - 2:0;
"Bolonya" (İtaliya) - "Brann" (Norveç) - 0:0;
"Braqa" (Portuqaliya) - "Genk" (Belçika) - 3:4;
"Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 3:1;
PAOK (Yunanıstan) - "Yanq Boyz" (İsveçrə) - 4:0;
"Reyncers" (Şotlandiya) - "Roma" (İtaliya) - 0:2;
"Ştutqart" (Almaniya) - "Feyenoord" (Niderland) - 2:0.