Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA Avropa Liqası: İkinci turdan sonra turnir cədvəlində vəziyyət
Ötən gecə UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, iki turdan sonra aktivində hərəyə altı xal olan "Latsio", "Lion", "Tottenhem", FCSB, "Anderlext" və "Ayaks" 1-6-cı yerləri bölüşürlər. "Frankfurt", "Qalatasaray", "Midtyulland", "Slavia Praqa", "Atletik Bilbao", "Hoffenhaym", "Fənərbağça" və "Bodo Qlimt" hərəyə dörd xalla 7-14-cü pillələrdə qərarlaşıblar.
Üç xala malik "Olimpiakos", "Elfsborq", "Reyncers", "AZ Alkmar", "Malmö" və "Braqa" isə 15-20-ci sıradadırlar. Aktivində iki xalı olan "Mançester Yunayted", "Viktoria Plzen" və "Tvente" isə 21-23-cü yerləri bölüşürlər.
"Porto", "Real Soseydad", "Yuinon", "Roma", "Ludoqorets", RDŞ, "Nitsa" 24-30-cu yerlərdə bir xalla qərarlaşıblar. 31-36-cı yerləri bölüşən "Ferentsvaroş", "Makkabi Təl Əviv", PAOK, "Qarabağ", "Dinamo Kiyev" və "Beşiktaş" isə hələ xal hesablarını aça bilməyiblər.
Qeyd edək ki, UEFA Avropa Liqasının III turuna oktyabrın 23-də start veriləcək. Tura oktyabrın 24-də yekun vurulacaq.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Olavio Juninyo "Qarabağ"dan ayrılır?
- Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər
- UEFA Avropa Liqası: "Qarabağ" - "Lion" görüşü üçün biletlər satışa çıxarıldı
- "Qarabağ"ın avrokubokdakı rəqibinə ciddi cəza
- "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi maliyyə böhranı üzündən səhmlərini satışa çıxarıb
Rəylər