UEFA Avropa Liqasının III təsnifat mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Malta təmsilçisi "Hamrun" doğma meydanında İsrailin "Makkabi Təl-Əviv" klubunu qəbul edib.
Matçda hesabı meydan sahibləri açsalar da, qələbəni qonaqlar bayram ediblər - 1:2. Cütlüyün cavab qarşılaşması avqustun 14-də İsraildə keçiriləcək.
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutacaq.
Belə ki, Malta təmsilçisi "Hamrun" doğma meydanında İsrailin "Makkabi Təl-Əviv" klubunu qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
5 avqust
UEFA Avropa Liqası
III təsnifat mərhələsi
Saat 21:00, "Hamrun" - "Makkabi Təl-Əviv".