Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA Avropa Liqası: "Qarabağ" məğlub oldu
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Malmö" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:2.
Qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyonun qolu ilə "Qarabağ" hesabı açıb. Bundan cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. Görüşün 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyununda növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, "Malmö" hesabda önə keçməyi bacarıb.
Erik Botheym dubla imza atıb - 1:2.
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, komandalar ilk hissədə hərəyə bir dəfə fərqləniblər - 1:1.
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında birinci hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab bərabərləşib.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub - 1:1.
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, "Qarabağ" hesabda önə keçməyi bacarıb.
15-ci dəqiqədə Juninyo hesabı açıb - 1:0.
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunun "Qarabağ" - "Malmö" matçı başlayıb.
Oxu.Az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Qeyd edək ki, görüşü Anastasios Papapetrunun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edir.
Xatırladaq ki, "Tottenhem"lə görüşdə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz hazırda Liqa mərhələsinin 35-ci pilləsində qərarlaşıb. İsveç təmsilçisi "Malmö" isə 30-cu sıradadır.
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda bu gün Bakıda keçiriləcək "Qarabağ" - "Malmö" (İsveç) matçının start heyətləri bəlli olub.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.
"Malmö": Dahlin, Rösler, Yansson, Busanello, Pena, Yohansen, Larsson, Kristiansen, Botheim, Kiese Thelin, Berq
Baş məşqçi: Henrik Ridström
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.
Təmsilçimiz "Qarabağ" bu gün UEFA Avropa Liqasının II turunda İsveçin "Malmö" klubunu qəbul edəcək.
Oxu.Az xəbər verir ki, doğma divarlar arasında ilk oyununu keçirəcək "Qarabağ" "Malmö" ilə matçda azarkeşlərin etimadını doğrultmağa çalışacaq.
Görüşdə Anastasios Papapetrunun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası ədaləti qoruyacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, "Tottenhem"lə görüşdə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz hazırda Liqa mərhələsinin 35-ci pilləsində qərarlaşıb. İsveç təmsilçisi "Malmö" isə 30-cu sıradadır.
"Qarabağ" - "Malmö" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"
- "Atletiko Madrid" rəsmiləri Tibo Kurtuanın xatirə lövhəsini sökdürdülər
- FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- Səudiyyə Ərəbistanından olan futbolçu Avropa Liqasının tarixinə düşüb
Rəylər