Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UEFA Avropa Liqası: "Qarabağ" və rəqiblərinin heyətinin dəyəri
UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" və rəqiblərinin heyətinin ümumi dəyəri bəlli olub.
Oxu.Az xəbər verir ki, Avropa Liqasının liqa mərhələsində mübarizə aparan və heyətinin dəyəri 770 milyon avro olan "Tottenhem" klubu siyahıya başçılıq edir.
İkinci sırada isə 256 milyon avro ilə "Lion" klubu qərarlaşıb. Heyətinin dəyəri 241 milyon avro olan "Ayaks" isə üçüncüdür.
2023/24 mövsümündə UEFA Konfrans Liqasının çempionu olan "Olimpiakos"un heyətinin dəyəri 89 milyon avrodur. "Bodo-Qlimt" 37 milyon avro, FCSB isə 35 milyon avroluq heyətə sahibidir.
"Malmö"nün heyətinin dəyəri isə 33 milyon avrodur. Təmsilçimiz "Qarabağ"ın heyətinin dəyəri 18 milyon avrodur.
Siyahıda sonuncu pillədə yerləşən "Elfsborq" klubunun heyətinin ümumi dəyəri isə 17 milyon avrodur.
Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.
Anar Həsənov
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- "Mançester Yunayted"dən Avropa kubokları tarixində unikal nailiyyət
- UEFA Avropa Liqası: Dörd yarımfinalçıdan ikisi İngiltərə komandası oldu
- UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
- UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait bəlli olub
- UEFA Avropa Liqası: "Lion" - "Mançester Yunayted" oyununda dörd qol vuruldu