UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda növbəti oyunlar baş tutub.
Oxu.Az xəbər verir ki, IV tur çərçivəsində "Bazel" (İsveçrə) - FCSB (Rumıniya) qarşılaşması keçirilib.
Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Bazel"dən Cerdan Şakiri dublla yadd qalıb. Daha bir qolu isə İbrahim Salah vurub.
Rumıniya təmsilçisi matçın 12-ci dəqiqəsindən etibarən azlıqda qalıb.
"Bazel" 4 oyundan sonra 6 xal toplayıb. FCSB-nin isə ehtiyatında 3 xal var.