Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, "Beşiktaş"ı 4:2 hesabı ilə məğlub edən Arda Turanın başçılıq etdiyi "Şaxtyor Donetsk" klubu bu dəfə də meydana qələbə əzmi ilə çıxacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında ümumilikdə səkkiz qarşılaşma keçiriləcək.
31 iyul
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Saat 22:00, "Şaxtyor Donetsk" - "Beşiktaş".