Bu gün UEFA Avropa Liqasında yarımfinala yüksələcək komandalar bəlli olacaq.
Oxu.Az xəbər verir ki, "Atletik Bilbao" "Reyncers"lə, "Ayntraxt Frankfurt" "Tottenhem"lə, "Latsio" "Budyo Qlimt" ilə, "Mançester Yunayted" isə "Lion"la üz-üzə gələcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
17 aprel
UEFA Avropa Liqası
Dörddəbir final mərhələsi
Saat 23:00, "Atletik Bilbao" - "Reyncers" (ilk oyun 0:0);
Saat 23:00, "Ayntraxt Frankfurt" - "Tottenhem" (ilk oyun 1:1);
Saat 23:00, "Latsio" - "Budyo Qlimt" (ilk oyun 0:2);
Saat 23:00, "Mançester Yunayted" - "Lion" ilk oyun (2:2).