UEFA "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Luis Diası üç oyunluq diskvalifikasiya edib.
Oxu.Az bildirir ki, bu barədə məlumatı jurnalist Kristian Falk "X" sosial şəbəkə hesabında paylaşıb.
Kolumbiyalı futbolçu Çempionlar Liqasının PSJ-yə qarşı matçında birbaşa qırmızı vərəqə aldığına görə cəzalandırılıb.
"Bavariya"nın səfərdə 1:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada 28 yaşlı futbolçu rəqib müdafiəçi Əşrəf Hakimiyə qarşı sürüşmə fəndi işlədərək ona ciddi zədə yetirib.
Dias həmin görüşdə həm də dublla yadda qalıb. O, Çempionlar Liqasında "Arsenal", "Sportinq" və "Royal Union"a qarşı oyunları buraxacaq.