UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci tur başa çatıb.
Oxu.Az xəbər verir ki, turun son oyun günündə doqquz qarşılaşma keçirilib.
"Arsenal" Londonda "Olimpiakos"u qəbul edib. "Topçular" qələbəni Martinelli (12) və Sakanın (90+2) qolları sayəsində təmin ediblər - 2:0.
"Mançester Siti" "Monako"nun qonağı olub. "Şəhərlilər" üstünlüyü son anda əldən verərək bir xala qane olublar. Holandın dubluna (15, 44) Teze və Dayer (18, 90) dəqiq zərbə ilə cavab veriblər - 2:2.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Qarabağ" - "Kopenhagen" 2:0;
"Royal Union" - "Nyukasl Yunayted" 0:4;
"Barselona" - PSJ 1:2;
"Bayer Leverkuzen" - PSV 1:1;
"Borussiya Dortmund" - "Atletik Bilbao" 4:1;
"Napoli" - "Sportinq" 2:1;
"Villarreal"- "Yuventus" 2:2.
Qeyd edək ki, növbəti turun oyunları oktyabr ayının 21-i və 22-də keçiriləcək.