UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində ilk cavab oyunu "Barselona" və "Benfika" arasında baş tutub.
Oxu.Az xəbər verir ki, Barselona şəhərinin Olimpiya stadionunda keçirilən görüş katalonların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rafinyanın dubla imza atdığı qarşılaşmada daha bir dəfə Lamin Yamal fərqlənib. Portuqaliya təmsilçisinin yeganə qolunu isə Otamendi vurub.
Tərəflər arasında ilk görüş "Barsa"nın 0:1 hesablı səfər qələbəsi ilə başa çatmışdı.
Bununla da "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə adlayan ilk komanda olub.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" - "Benfika" matçı start götürüb.
Oxu.Az xəbər verir ki, İspaniya Barselona şəhərinin Olimpiya stadionunda keçirilən görüşü fransalı hakim Fransua Letesye idarə edir:
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Barselona" və Portuqaliyanın "Benfika" klubları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə 21:45-də start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.