UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha bir görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, "Barselona" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sını qəbul edib.
Meydan sahibləri oyunda mütləq üstünlük nümayiş etdirərək qonaqları darmadağın ediblər - 4:0. Levandovski dubla imza atıb. Katalonların digər qollarını isə Rafinya və Lamil Yamal vurub.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı aprelin 15-də Almaniyada baş tutacaq. Cütün qalibi yarımfinalda "İnter" - "Bavariya" duelinin qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, ötən gecə "Bavariya" öz meydanında "İnter"ə 1:2 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" - "Borussiya Dortmund" matçı start götürüb.
Oxu.Az xəbər verir ki, Barselona şəhərində keçirilən matçı norveçli hakim Espen Eskos idarə edir.