Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Moldovanın Qaqauziya muxtariyyətinin rəhbəri ev dustaqlığına buraxıldı
Kişineu məhkəməsi Moldovanın Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu ev dustaqlığına buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə qərarına istinadən məlumat yayıb.
Məhkəmə prokurorların vəsatətinin qismən təmin edilməsi və Y.Qutsul barəsində ev dustaqlığı qismində qətimkan tədbirinin tətbiqi barədə qərar qəbul edib.
Xatıradaq ki, Y.Qutsul martın 25-də Moldovadan uçmazdan əvvəl Kişineu hava limanında saxlanılıb.
O, Moldovada fəaliyyəti qadağan edilmiş "Şor" partiyasının maliyyələşdirilməsində və 2023-cü ildə Qaqauziya muxtariyyətinin rəhbəri seçkisi üçün seçki fondunun idarə edilməsində pozuntularda ittiham olunub.
