Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Moldovanın Qaqauziya muxtariyyəti rəhbərinin məhkəməsi təxirə salındı: Minalanma xəbərinə görə
Moldovanın Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulun işi üzrə məhkəmə iclası binanın minalanması ilə bağlı gələn anonim xəbərdən sonra dayandırılıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Moldova parlamentinin deputatı Vadim Fotesku məlumat verib.
O, məhkəmə binası yaxınlığında toplaşan Qutsulun tərəfdarlarına müraciət edib.
"Bu, növbəti sirkdir. Bizə dedilər ki, zəng gəlib və guya məhkəmə binası minalanıb. İndi standart yoxlamalar başlayacaq", - deyə o bildirib.
Mitinq təşkilatçıları insanları binadan uzaqlaşmağa çağırıb, binanın girişinə yanğınsöndürmə xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.