Moldovada paytaxt Kişineu məhkəməsi prokurorların Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının daha 30 gün uzadılmasına dair vəsatətini təmin edib.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.
Bildirlir ki, Qutsulun ev dustaqlığı iyulun 13-dən 30 gün müddətinə uzadılacaq.
Qutsulun vəkili Nataliya Bayram bu qərara Apellyasiya Palatasında etiraz edəcəyini bildirib.
Xatıradaq ki, Qutsul martın 25-də Moldovadan uçmazdan əvvəl Kişineu hava limanında saxlanılm;ışdı.
O, Moldovada fəaliyyəti qadağan edilmiş "Şor" partiyasının maliyyələşdirilməsində və 2023-cü ildə Qaqauziya muxtariyyətinin rəhbəri seçkisi üçün seçki fondunun idarə edilməsində pozuntularda ittiham olunub.