UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sabah" "Selye" 2:3 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, ev sahibləri üçüncü qolu son saniyələrdə buraxıblar.
Qolları "Sabah"ın tərkibində P.Safranko (3, 18), "Selye"dən F.Kovaçeviç (7, 48) və D.Hrka (90+4) vurublar.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də keçiriləcək.
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sabah" - "Selye" matçında ikinci hissə start götürüb.
Oxu.Az xəbər verir ki, ilk hissədən sonra oyunda "Sabah" klubu 2:1 hesabı ilə irəlidədir.
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sabah" - "Selye" matçında birinci hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, oyunda ev sahibləri 2:1 hesabı ilə irəlidədirlər.
Qolları "Sabah"ın tərkibində P.Safranko (3, 18), "Selye"dən F.Kovaçeviç vurublar.
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sabah" "Selye"ni qəbul edir.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçı qazaxıstanlı Daniyar Saxi idarə edir.
"Sabah" ilk dəqiqələrdə Safrankonun qolu ilə hesabı açıb - 1:0.
UEFA Avropa Liqasında "Sabah"ın "Selye" ilə keçirəcəyi matçda start heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, matç saat 20:00-da başlayacaq.
Komandaların start 11-likləri belədir:
"Sabah": 92. Stas Pokatilov, 80. Akim Zedadka, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 6. Abdullah Xaybullayev, 10. Anatoli Nuriyev, 88. Xəyal Əliyev, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k) Baş məşqçi: Valdas Dambrauskas
"Selye": 21. Simon Sluqa, 23. Yan Karniçnik (k), 6. Artemiyus Tutişkinas, 3. Damyan Vuklişeviç, 2. Xuanxo Nyeto, 8. Mario Kvesiç, 19. Mark Zabukovnik, 11. Milot Avdili, 10. Daniel Şturm, 20. Nikita İosifov, 9. Franko Kovaçeviç
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də keçiriləcək.
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində ikinci oyun gününə start veriləcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz "Sabah" Sloveniyanın "Selye" klubu ilə qarşılaşacaq.
Görüş saat 20:00-da "Bank Respublika" stadionunda keçiriləcək.
Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində daha yeddi qarşılaşma keçiriləcək.
10 iyul
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
Saat 20:00, "Sabah" - "Selye".