UEFA Çempionlar Liqasının əsas mərhələsində dördüncü turun son oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, dördüncü turda daha doqquz qarşılaşma baş tutub.
Sürpriz nəticə ilə yekunlaşan oyunlardan biri Belçikada keçirilib. Yerli "Brügge" adlı-sanlı rəqibi "Barselona" qarşısında əzmkarlıq nümayiş etdirərək heç-heçəyə imza atıb - 3:3.
Katalon təmsilçilərinin qollarını Ferran Torres və Lamin Yamal vurublar. Xristos Dzolis topu öz qapısından keçirərək "Barselona"nın meydandan məğlub ayrılmasına imkan verməyib.
"Brügge"dən isə Trezoldi, Forbş (dubl) fərqləniblər. Bu nəticədən sonra "Barselona"nın 7, "Brügge"nin isə 4 xalı var.
Digər görüşlərdə qeydə alınmış nəticələri təqdim edirik:
"Qarabağ" - "Çelsi" - 2:2;
"Pafos" - "Vilyarreal" - 1:0.
"Ayaks" - "Qalatasaray" - 0:3;
"Benfika" - "Bayer Leverkuzen" - 0:1;
"İnter" - "Kayrat" - 2:1;
"Mançester Siti" - "Borussiya Dortmund" - 4:1;
"Marsel"- "Atalanta" - 0:1;
"Nyukasl Yunayted" - "Atletik Bilbao" 2:0.