UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, "Fənərbağça" səfərdə 2:1 məğlub olduğu "Feyenoord"u İstanbulda qonaq edib.
"Sarı lacivərdlər" rəqibin qapısından beş top keçiriblər. Niderlandlılar isə bu qollardan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 5:2 (6:4).
Beləliklə də, Türkiyə təmsilçisi darmadağına imza ataraq, turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Kopenhagen" - "Malmö" 5:0 (5:0);
"Pafos" - "Dinamo Kiyev" 2:0 (3:0);
"Viktoria Plzen" - "Reyncers" 2:1 (2:4);
"Brügge" - "Zalsburq" 3:2 (4:2);
"Ferenstvaroş" - "Ludoqorets" 3:0 (3:0);
"Slovan Bratislava" - "Kayrat" 1:0 (1:1, 3:4 pen.);
"Benfika" - "Nitsa" 2:0 (4:0);
"Srvena Zvezda" - "Lex Poznan" 1:1 (4:2).
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarında 10 görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" doğma meydanda səfərdə 1:0 hesabı ilə qalib gəldiyi "Şkendiya"nı qəbul edəcək.
Digər görüşlərdə isə "Kopenhagen" klubu "Malmö"nü, "Fənərbağça" "Feyenoord"u, "Pafos" "Dinamo Kiyev"i, "Viktoriya Plzen" klubu "Reyncers"i, "Brügge" klubu "Zalsburq"u, "Ferenstvaroş" "Ludoqorets"i, "Slovan Bratislava" "Kayrat"ı, "Benfika" klubu "Nitsa"nı, "Srvena Zvezda" isə "Lex Poznan"ı qəbul edəcək.
12 avqust
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi - cavab oyunları
Saat 20:00, "Qarabağ" - "Şkendiya";
Saat 21:00, "Kopenhagen" - "Malmö";
Saat 21:00, "Fənərbağça" - "Feyenoord";
Saat 21:00, "Pafos" - "Dinamo Kiyev";
Saat 21:00, "Plzen" - "Reyncers";
Saat 21:30, "Brügge" - "Zalsburq"
Saat 22:15, "Ferenstvaroş" - "Ludoqorets";
Saat 22:15, "Slovan Bratislava" - "Kayrat";
Saat 23:00, "Benfika" - "Nitsa";
Saat 23:00, "Srvena Zvezda" - "Lex Poznan".