UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun son oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, turun ilk oyunlarında "Kopenhagen" klubu "Kayrat"la, "Pafos" klubu isə "Monako" ilə üz-üzə gəliblər.
Danimarka təmsilçisi qarşılaşmada sürprizə imkan verməyib. "Kopenhagen" rəqibini 3:2 hesabı ilə üstələyərək, qazaxıstanlı futbolçuları əliboş yola salıb.
UEFA Çempionlar Liqası: "Monako" debütanta xal verdi, "Kopenhagen" çətin qələbə qazandı
"Monako" isə əksinə, səfərdə sürprizə imkan verib. Belə ki, Fransa təmsilçisi Çempionlar Liqasının debütantı "Pafos"a xal verib. Görüş qollu heç-heçə ilə başa çatıb - 2:2.
UEFA Çempionlar Liqası: "Monako" debütanta xal verdi, "Kopenhagen" çətin qələbə qazandı