Peru məhkəməsi ölkənin keçmiş prezidenti Martin Viskarranı korrupsiya işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az bu barədə RPP radiostansiyasına istinadən xəbər verir.
İstintaqın məlumatına görə, Viskarra 2011-2014-cü illərdə Mokequra departamentinin başçısı olarkən müxtəlif layihələrin reallaşdırılması üçün tenderlərdə iştirak edən şirkətlərdən rüşvət alıb. Siyasətçi bütün ittihamları rədd edir.
Qeyd edək ki, o, 2018-2020-ci illərdə Peruya rəhbərlik edib.