UEFA Çempionlar Liqasında əsas mərhələnin beşinci turunun ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, gecənin ilk maraqlı qarşılaşması İstanbulda baş tutub. "Qalatasaray" doğma azarkeşləri önündə "Royal Yunion"u qəbul edib.
Gözləntilərin əksinə olaraq, Türkiyə çempionu Belçika təmsilçisinə məğlub olub və meydandan xalsız ayrılıb - 0:1. Bununla da, "Qalatasaray"ın bütün turnirlər üzrə ev matçlarındakı 33 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.
Paralel olaraq keçirilən digər oyunda "Qarabağ"ın keçmiş və gələcək rəqibləri "Benfika" və "Ayaks" üz-üzə gəliblər. Portuqallar səfər matçında inamlı qələbə qazanıblar - 0:2.