ABŞ Prezidenti Donald Tramp noyabrın 27-də qeyd ediləcək Şükran Günü ərəfəsində "Uoddl" və "Qobbl" ləqəbli iki hindtoyuğunun "əfv edilməsi" barədə tapşırıq verib.
Oxu.Az bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir.
"Gəlin "Uoddl" və "Qobbl"a çox gözlədikləri şeyi verək. Düzdür, "Uoddl" hara isə yoxa çıxıb, amma "Qobbl" hər halda buradadır... "Qobbl", sən əfv olunmusan" , - deyə Tramp mərasimdə bildirib.
Qeyd edək ki, ABŞ-də hər il Şükran günü ərəfəsində simvolik olaraq iki hindtoyuğu "əfv olunur". Hindtoyuqları həmin bayram zamanı amerikalı ailələrin ənənəvi "bayram yeməyi" hesab edilir.
