"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.
Oxu.Az bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Çaibi (80-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+3-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, yanvarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.
"Qarabağ" komandası hesabda yenidən önə keçir.
Oxu.Az xəbər verir ki, oyunun 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə mükəmməl zərbə ilə fərqlənir - 3:2.
"Qarabağ" hesabı bərabərləşdirib.
Oxu.Az xəbər verir ki, matçın 80-ci dəqiqəsində Kamilo Duran dubla imza atıb - 2:2.
"Ayntraxt" klubu hesabda önə çıxıb.
Oxu.Az xəbər verir ki, matçın 76-cı dəqiqəsində qonaqların heyətində Çaibi penaltini qola çevirib - 1:2.
Qonaqlar hesaba tarazlıq gətiriblər.
Oxu.Az xəbər verir ki, oyunun 11-ci dəqiqəsində "Ayntraxtın" heyətində Can Uzun fərqlənib - 1:1.
Oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, matçın 4-cü dəqiqəsində Kamilo Duran fərqlənib - 1:0.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda növbəti oyununa çıxır.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə üz-üzə gəlir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç başlayıb.
Daha çox foto burada: PhotoStock.az
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın "Ayntraxt" kollektivlərinin start heyətləri bəlli olub.
Oxu.Az bildirir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Montiel, Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
"Ayntraxt": Kaua Santos, Artur Teate, Robin Koç, Nataniel Braun, Ellies Şkiri, Ansqar Knauff, Rasmus Kristensen, Huqo Larsson, Ritsu Doan, Nnamdi Kollins, Can Uzun.
Baş məşqçi səlahiyyətlərini icra edən: Dennis Şmitt.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Şarer olacaq. FIFA referisinə Stefan de Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da isə Lukas Fandrix yer alacaq.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu yanvarın 29-da səfərdə "Liverpul" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin altı turunda iki qələbə, bir heç-heçə və üç məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.
21 yanvar
UEFA Çempionlar Liqası
VII tur
Saat 21:45, "Qarabağ" - "Ayntraxt Frankfurt".