"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.
Oxu.Az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 2:4.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.
Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.
"Ayaks"ın heyətində 78-ci dəqiqədə Qlouk, 83-cü dəqiqədə Gaai adını tabloya yazdırıblar. Qlouk 90-cı dəqiqədə yenidən fərqlənməklə dubl müəllifi olub.
Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.






Daha çox foto burada: PhotoStock.az
"Ayaks" top fərqini 2-yə çatdırır.
Oxu.Az xəbər verir ki, 90-cı dəqiqədə qonaqların heyətində Qlouk dəqiq zərbə endirib.
Gərgin keçən matçda "Qarabağ" hesabda geri düşür.
Oxu.Az bildirir ki, 83-cü dəqiqədə qonaqların heyətində Gaai fərqlənib - 2:3.
Oyunda dördüncü qol vurulub.
Oxu.Az bildirir ki, ikinci hissədə, 78-ci dəqiqədə qonaqların heyətində Qlouk adını tabloya yazdırıb - 2:2.
"Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə başlayıb.
Oxu.Az bildirir ki, ikinci hissənin ilk dəqiqələrində Azərbaycan təmsilçisi hesabda önə keçib - 2:1.
47-ci dəqiqədə Mateus Silva fərqlənib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.
Oxu.Az bildirir ki, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.
Gərgin keçən matçda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, oyunun 39-cu dəqiqəsində "Ayaks"ın heyətində Kasper Dolberq fərqlənib - 1:1.
Oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
Oyunun 10-cu dəqiqəsində "Qarabağ"ın heyətində Kamilo Duran fərqlənib - 1:0.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur oyununda Azərbaycan təmsilçisi "Qarabağ" Niderlandın "Ayaks" komandası ilə üz-üzə gəlir.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş başlayıb.
Görüşü sloveniyalı hakim Rade Obrenoviç idarə edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" və "Ayaks" (Niderland) komandaları arasında keçiriləcək VI tur oyunu üçün start heyətlər açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, , Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Addai, Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
"Ayaks": Vitejlav Yaroş, Ko İtakura, Lukas Rosa, Mokio, Moro, Steur, Qlouk, Aaron Bouman, Yuri Baas, Kasper Dolberq, Anton
Baş məşqçi: Fred Qrim
UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu yanvarın 21-də doğma meydanda "Ayntraxt Frankfurt" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.
10 dekabr
UEFA Çempionlar Liqası
VI tur
Saat 21:45, "Qarabağ" - "Ayaks".