"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər.
Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (79) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.
"Bayquşlar" ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.
Bununla da "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.
Azərbaycan çempionu növbəti raundda "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu qalibiyyətlə "Sabah" komandası həm də UEFA Avropa Liqasında əsas mərhələni təmin edib.
Oyunda hesab yenə dəyişib.
Oxu.Az bildirir ki, 89-cu dəqiqədə Sanders Severina meydan sahiblərinin üstünlüyünü artırıb - 4:0.
"Sabah" - "Orhus" matçında hesab yenə dəyişib.
Oxu.Az bildirir ki, 79-cu dəqiqədə topu qapıdan Coy Lens Mikels keçirib - 3:0.
Matçda hesab dəyişib.
Oxu.Az bildirir ki, 67-ci dəqiqədə Stiv Solvet meydan sahiblərinin üstünlüyünü artırıb - 2:0.
Bu hesabla "Sabah" növbəti mərhələyə adlayır.
"Sabah" - "Orhus" matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, 59-cu dəqiqədə Velko Simiç meydan sahiblərini irəli çıxarıb.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Orhus" qarşılaşması başlayıb.
Oxu.Az xəbər verir ki, Bakıdakı "Bank Respublika Arena"da keçirilən matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda üz-üzə gələcək "Sabah" və Danimarkanın "Orhus" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar saat 20:00-da "Bank Respublika Arena"da başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 99. Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
"Orhus": 1. Yesper Hansen, 19. Erik Kal, 25. Kolin Rosler, 26. Yakob Andersen, 11. Gift Links, 29. Rasmus Karstensen, 4. Maqnus Knudsen, 10. Kristian Arnstad, 16. Yens Yonsson, 28. Ceyms Boqere, 31. Tobias Bek.
Baş məşqçi: Yakop Poulsen.
Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi "Orhus"u qəbul edəcək.
Matçda ədaləti fransalı referi Villi Delajo qoruyacaq. Yaşıl meydanda ona həmvətənləri Ervan Finjean və Valentin Evrar yan xətt hakimləri kimi dəstək olacaqlar. Dördüncü hakim funksiyası Erik Vattelyerə həvalə edilib. Matçın VAR otağında Bastien Deşepi, AVAR qismində isə Nikolya Rainvill əyləşəcəklər.
"Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" əvvəlki təsnifat mərhələlərində Uels təmsilçisi TNS və Finlandiyanın "KuPS" komandalarını mübarizədən kənarlaşdıraraq III təsnifat mərhələsinə yüksəlib.
"Bayquşlar" bu mərhələni keçəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer-Şeva" (İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.