Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: Səkkizdəbir finala yüksələn son dörd komanda bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələcək son dörd komandanın adına aydınlıq gətiriliəcək.
Oxu.Az xəbər verir ki, pley-off mərhələsi çərçivəsundə "Borussiya Dortmund" klubu "Sportinq"i Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.
Digər görüşlər Bakı vaxtı ilə gecəyarısı keçiriləcək.
PSJ klubu "Brest"lə, "Real Madrid" klubu "Mançester Siti" ilə, PSV isə "Yuventus" klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, Liqa mərhələsindən sonra "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko Madrid" (hər ikisi İspaniya), "Bayer Leverkuzen" (Almaniya) və "Lill" (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar. Dünən isə pley-off mərhələsindən sonra 1/8 finala "Feyenoord" (Niderland), "Bavariya" (Almaniya), "Brügge" (Belçika) və "Benfika" (Portuqaliya) klubları çıxıblar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 fevral
Saat 21:45, "Borussiya Dortmund" - "Sportinq".
20 fevral
Saat 00:00, "Real Madrid" - "Mançester Siti";
Saat 00:00, PSV - "Yuventus";
Saat 00:00, PSJ - "Brest".

"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
- Çempionlar Liqası: Dortmund "Borussiya"sı 1/8 finalda