Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: VI tura doqquz görüşlə start veriləcək
Bu gün UEFA Çempionlar Liqasında VI tura doqquz oyunla start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Dinamo Zaqreb" "Seltik"i, "Jirona" isə "Liverpul"u Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.
Günün digər oyunları isə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.
"Atalanta" "Real Madrid"i, "Bayer Leverkuzen" "İnter"i, "Brest" PSV-ni, "Brügge" "Sportinq"i, "Leypziq" "Aston Villa"nı, "Zalsburq" PSJ-ni, "Şaxtyor Donetsk" isə "Bavariya"nı qəbul edəcək.
Qeyd edək ki, tura dekabr ayının 11-də yekun vurulacaq.
10 dekabr
UEFA Çempionlar Liqası
VI tur
Saat 21:45, "Dinamo Zaqreb" - "Seltik"
Saat 21:45, "Jirona" - "Liverpul"
Saat 00:00, "Atalanta" - "Real Madrid"
Saat 00:00, "Bayer Leverkuzen" - "İnter"
Saat 00:00, "Brest" - PSV
Saat 00:00, "Brügge" - "Sportinq"
Saat 00:00, "Leypziq" - "Aston Villa"
Saat 00:00, "Zalsburq" - PSJ
Saat 00:00, "Şaxtyor Donetsk" - "Bavariya".
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- "Real"ın baş məşqçisi Karlo Ançelotti hakim qarşısına çıxarılır
- UEFA "Real Madrid"in oyunçuları barəsində araşdırmaya başlayıb
- Klublararası dünya çempionatının yeni kuboku təqdim edildi
- Rafinyanın müqaviləsinə xitam verildi
- Çempionlar Liqasının 2027-ci il final oyunu nə səbəbdən Bakıda keçirilməyəcək?