UEFA Çempionlar Liqasında Liqa mərhələsinin klubları bəlli olub.
Oxu.Az xəbər verir ki, artıq klubların turnirdəki qazancları hesablanıb.
"Qarabağ" 2-ci təsnifatdan Liqa mərhələsinə qədər irəliləyərək, ümumilikdə 23.77 milyon avro qazanıb.
Siyahıda ilk pillədə 64.3 milyon avro ilə "Mançester Siti" klubudur. 2-ci yerdə 63 milyon avro ilə PSJ, 3-cü yerdə 61.8 milyon avro ilə "Bavariya" klubu qərarlaşıb.