Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin dördüncü turunun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin iki əsas qarşılaşmasında "Liverpul" İngiltərədə "Real Madrid"i, PSJ isə Fransada "Bavariya"nı qəbul edəcək.
İzləyicilər "CBC Sport" TV-də "Liverpul" - "Real Madrid" oyununu izləyə biləcəklər.
Digər maraqlı qarşılaşma isə (PSJ - "Bavariya") İctimai TV-də yayımlanacaq.
5 noyabr
UEFA Çempionlar Liqası
IV tur
Saat 00:00, PSJ - "Bavariya" (İctimai TV);
Saat 00:00, "Liverpul" - "Real Madrid" ("CBC Sport" TV).