İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin təkrar püşkatması keçirilib.
Tədbir qurumun rəsmi saytından canlı olaraq yayımlanıb. Təkrar püşkatmaya əsasən, turnirin 1/8 final mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcək:
“Zaltsburq” - “Bayern”
“Sportinq” - “Mançester Siti”
“Benfika” - “Ayaks”
“Çelsi” - “Lill”
“Atletiko” - “Mançester Yunayted”
“Vilyareal” - “Yuventus”
“İnter” - “Liverpul”
PSJ - “Real”
Qeyd edək ki, bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatmanın təkrar keçirilməsinə ehtiyac yaranıb.
16:57
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi təkrarlanacaq.
Bununla bağlı UEFA-nın rəsmi “Twitter” hesabı məlumat yayıb.
“Texniki problemlər səbəbindən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasında səhv qeydə alınıb”, - deyə qurumdan bildirilib.
Qeyd edilib ki, püşkatma bu gün Bakı vaxtı ilə 18:00-da təkrarlanacaq.
Xatırladaq ki, bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatma ərzində xətalar bir-birini sıralayıb.
“Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Əvəzində İspaniya klubunun potensial rəqibləri arasında İngiltərənin digər təmsilçisi “Liverpul” olmayıb. Həmçinin “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulubsa, “Mançester Yunayted”ın adı yer almayıb.
Following a technical problem with the software of an external service provider that instructs the officials as to which teams are eligible to play each other, a material error occurred in the draw for the UEFA Champions League Round of 16.
— UEFA (@UEFA) December 13, 2021
15:26
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatmaya əsasən 1/8 final mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcək:
“Benfika” – “Real”
“Vilyareal” – “Mançester Siti”
“Atletiko” – “Bayern”
“Zaltsburq” – “Liverpul”
“İnter” – “Ayaks”
“Sportinq” – “ Yuventus”
“Çelsi” – “Lill”
PSJ – “Mançester Yunayted”