Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Çempionlar Liqasının Almaniyada keçiriləcək finalında hansı komanda qalib gələ bilər?
UEFA Çempionlar Liqasının finalı bu il Münhendə baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu şəhərdə oynanılan finalların maraqlı və fərqli bir nüansı var.
Burada yaşanan dörd finalın hamısında kuboku muzeyinə aparan komandalar tarixlərində ilk dəfə UEFA Çempionlar Liqası titulunu qazanıblar.
Münhendəki qaliblər:
1978/79: "Nottingem Forest" ("Hamburq" üzərində 1:0 hesablı qələbə);
1992/93: "Marsel" ("Milan", 1:0);
1996/97: "Borussiya Dortmund" ("Yuventus", 3:1);
2011/12: "Bavariya" ("Çelsi", əsas vaxtda 1:1, penalti seriyasında İngiltərə klubu qalib gəlib).
Xatırladaq ki, Almaniyada PSJ ilə "İnter" arasında keçiriləcək final görüşü mayın 31-də baş tutacaq. Əlavə olaraq qeyd edək ki, "İnter" daha əvvəl UEFA Çempionlar Liqasını qazansa da, bu, PSJ üçün bir ilk ola bilər. Yəni tarix yenidən təkrar oluna bilər.
Qeyd edək ki, "İnter" yarımfinalda "Barselona"nı (3:3, 4:3), PSJ isə "Arsenal"ı (1:0, 2:1) məğlub edərək finala yüksəlib.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: "Burada zəif komanda olmur"
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
- Merih Demiral "Fənərbağça"nın təklifini qəbul etmədi
- "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi nə vaxt bəlli olacaq?
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir