Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UEFA-da inqilabi dəyişiklik hazırlığı: Superliqa yaradıla bilər
UEFA avrokubokların formatını dəyişə bilər.
Avropa futbol qurumu və Avropa Klublar Assosiasiyası üç divizionun - Superliqa, Avropa Liqası və Namizədlər Liqası formatının tətbiqini nəzərdən keçirir.
UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni format qəbul edilsə, 2027-ci ildən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, növbəti mövsümdən Çempionlar Liqasında yeni format olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Hər komanda səkkiz fərqli rəqibə qarşı dördü evdə, dördü səfərdə olmaqla oynayacaq. Matçların nəticəsinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. İlk 8-lik birbaşa 1/8 finala vəsiqə qazanacaq. 9-24-cü yerləri tutanlar isə pley-offda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, daha əvvəl Avropanın böyük klubları Superliqa yaratmaq istəsələr də, UEFA buna imkan verməyib.
Mənbə: marca.com
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
- Çempionlar Liqası: "Real Madrid" turniri tərk etdi, "Arsenal" PSJ-yə rəqib oldu
- Çempionlar Liqası: "Barselona"nın yarımfinaldakı rəqibi müəyyənləşdi
- UEFA Çempionlar Liqası: Yarımfinala yüksələcək son komandalar bəlli olacaq
- UEFA Çempionlar Liqası: "Barselona" yarımfinala adını yazdırdı