UEFA Super Kuboku uğrunda oyunda azarkeşlər də iştirak edə bilər.
Bu barədə təklif qitənin ali futbol qurumunun bu gün keçirilmiş video-konfrans formatındakı iclası zamanı səsləndirilib.
UEFA-nın rəsmi saytının xəbərinə görə, baş katib Teodor Teodorisin də iştirak etdiyi toplantıda azarkeşlərin sözügedən qarşılaşmada iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Ancaq hələlik bununla bağlı yekun qərar qəbul edilməyib.
Qeyd edək ki, 2019/2020 mövsümünün UEFA Super Kuboku uğrundakı oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. Həmin qarşılaşmada Çempionlar Liqasının qalibi ilə Avropa Liqasının çempionu üz-üzə gələcək.