"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz "Kopenhagen"in U-19 komandası ilə oyunda böyükhesablı məğlubiyyətlə üzləşib.
"Azərsun Arena"da keçirilən matç Danimarka təmsilçisinin 0-5 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Gənclər Liqasında növbəti matçlara bu gün start verilir.
Oxu.Az xəbər verir ki, "Qarabağ" klubunun U-19 komandası Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.
Oyun "Azərsun Arena"da saat 14:00-da start götürəcək.
Qeyd edək ki, Rəşad Sadiqovun yetirmələri I turda səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə uduzub.
1 oktyabr
UEFA Gənclər Liqası
I tur
14:00. "Qarabağ" U-19 - "Kopenhagen" U-19