Türkiyənin “Qalatasaray” klubu ilə 2000-ci ildə UEFA Kubokunu qazanan əfsanəvi futbolçu Bülənt Korkmaz Bakıdadır.
Oxu.Az xəbər verir ki, 2009/2010 mövsümündə “Bakı” klubunun baş məşqçisi olmuş Bülənt Korkmaz öz ad gününü burda qeyd edib.
Sabiq mərkəz müdafiəçisi dünən Bakıdakı kafelərdən birində ad gününü keçirib. O, məhz 50 yaşını Bakıda işləyən “Qalatasaray”lılar arasında qeyd edib. Tortun üzərinə onun ikinci adı olan Cəsurla bağlı “Cəsur ürək” sözü yazılıb.
View this post on InstagramHer şey için teşekkür ederim sevdiklerim🙏
Futbol oynadığı müddətdə “Böyük kapitan” və “Cəngavər” ləqəbləri ilə tanınan Bülənt Korkmazın Azərbaycanda işləməyə gəldiyi iddia olunur. Lakin o, “sportinfo”ya açıqlama dostunun qızının toyunda iştirak etmək üçün Bakıda olduğunu bildirib.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda xoşagəlməz mənzərə: Küləyi də qınamalı deyil... - VİDEO
- Bakıda qaydaları kobudcasına pozan velokuryer qəzaya düşdü - ANBAAN VİDEO
- Dünyaca məşhur bloqer Yuji Beleza Bakıdakı maraqlı dialoqunu paylaşdı - VİDEO
- Bakı və Daşkəndin türk dünyası üçün strateji əhəmiyyəti
- Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi - VİDEO
Ən çox oxunanlarDigər xəbərlər