UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Totenhem” – “Leypsiq” qarşılaşmasını türkiyəli hakim Cüneyt Çakıra həvalə edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
İngiltərə paytaxtında fevralın 19-da keçiriləcək qarşılaşmada Bahattin Duran və Tarık Onqun Cüneyt Çakırın köməkçiləri olacaq.
Qarşılaşmanın dördüncü hakimi Halil Umut Meler, VAR hakimi isə Mete Kalkavan təyin olunub.