Azərbaycan millisinin UEFA Millətlər Liqasının V turunda Estoniyaya qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
UEFA Millətlər Liqası
V tur
16 noyabr
18:00. Azərbaycan - Estoniya
Hakimlər Con Biton, Daniel Makfarlan, Devid Makqeçi, Metyu Makdermid (Şotlandiya).
VAR: Endryu Dallas (Şotlandiya).
AVAR: Nikolas Uolş (Şotlandiya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: Yeva Qayevska (Polşa).
Qəbələ şəhər stadionu.
Rəylər