Futbol üzrə İsveçrə və İspaniya milli komandalarının qarşılaşdığı UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunun ikinci turunun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Lansdiddəki (İsveçrə) "Stad de Jenev" stadionunda baş tutub. İrfan Peltoğlu görüşün baş hakimi olub. İspaniya İsveçrəni 4:1 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesabı dördüncü dəqiqədə Lamin Yamalın köməkliyi ilə ispaniyalı hücumçu Xoselu açıb. İsveçrə millisinin futbolçusu Beçir Omeragiç yeddinci dəqiqədə qol vursa da, ləğv edilib. Oyunun 13-cü dəqiqəsində ispaniyalı yarımmüdafiəçi Fabian Ruis fərqlənib. 21-ci dəqiqədə ispan müdafiəçi Robin Le Normand birbaşa qırmızı vərəqə alıb.
77-ci dəqiqədə Ruis dubla imza atıb. Matçın 80-ci dəqiqəsində ispaniyalı hücumçu Ferran Torres rəqib qapıçı ilə təkbətək çıxdıqdan sonra fərqlənib.
UEFA Millətlər Liqasının ikinci turundan sonra İsveçrə bir xal da toplaya bilməyib və hazırda qrup turnirində dördüncü yerdədir. İspaniya millisi dörd xal toplayıb və ikinci pillədə qərarlaşıb.
Rəylər