Bu gün UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, sloveniyalı mütəxəssis AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels oyununu izləyəcək.
Xatırladaq ki, bu qarşılaşma saat 20:00-da başlayacaq.