UEFA Kiprdə AEL və “Qarabağ” komandaları arasında Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı intizam işi açıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumun Nəzarət, Etika və İntizam Komitəsindən məlumat verilib.
Bildirilib ki, Limassol təmsilçisinə qarşı iki ittiham irəli sürülüb. Bunlardan biri meydançaya yad cisimlərin atılması, digəri isə yerli azarkeşlərin iğtişaş törətməsidir.
Məsələ ilə bağlı yekun qərar komitənin qarşıdakı iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, “AEK Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın bərabərlik qolundan sonra azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla, texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.
View this post on Instagram
"Qarabağ" teqi üzrə xəbərlər
- Nazir müavini: "Qarabağda sakinlər elektrik enerjisi sataraq gəlir əldə edirlər"
- Qarabağdan reportajlar hazırlayan məşhur rus jurnalist 57 yaşında öldü
- Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı - Video
- Belarus səfiri: "Qarabağda birgə layihələr planlaşdırırıq"
- Qarabağda avtobus parkı yenilənir: 18 milyon manatlıq layihə icra olunacaq
Digər xəbərlər