Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
UEFA reytinqi: "Qarabağ" "Qalatasaray"ı geridə qoydu
Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlli olub.
Məlumata görə, son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən hazırlanan siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan təmsilçisi "Qarabağ"dır. Ağdam klubu 33.000 xalla 57-ci yerə yüksəlib. "Köhlən atlar" reytinqdə İspaniyanın "Betis" klubu ilə birlikdə bu pilləni bölüşür. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu göstərici ilə Türkiyə təmsilçisi "Qalatasaray"ı (31.500 xal, 60-cı yer) geridə qoyub.
"Qarabağ"dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu "Neftçi"dir. 10.000 əmsalı olan "ağ-qaralar" 6 komanda ilə birlikdə 143-149-cu yerlərdə qərarlaşıb. "Ağ-qaralar" daha öncəki siyahı ilə müqayisədə 8 pillə geriləyib.
"Qəbələ" 4.500 xalla 275-cidir. "Sabah", "Zirə", "Sumqayıt", "Səbail" və "Keşlə" (indiki "Şamaxı") 4,025 xalla 306-310-cu pillələri bölüşdürürlər.
"Turan Tovuz", "Kəpəz" və "Araz-Naxçıvan" isə reytinq cədvəlində yer almayıb.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə təmsilçisi "Mançester Siti" (148.000) başçılıq edir. Almaniyanın "Bavariya" klubu 144.000 əmsalla ikinci sırada yer alıb. İlk "üçlüy"ü İspaniya "Real Madrid"i (134.000) tamamlayıb.
Mənbə: Beinsports.com
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi