Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ələtdəki dəhşətli qəzada ölən və xəsarət alan şəxslərin adları AÇIQLANDI
“28 may saat 19:00 radələrində Bakı-Qazax yolunun 70-ci kilometrliyində, Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib.
“Hadisə Göygöl rayon sakini 1988-ci il təvəllüdlü Ülfət Əşrəfovun idarə etdiyi "Mercedes" markalı 90-SG-844 nömrə nişanlı avtomobilin Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Təbriz Şahbazovun idarə etdiyi "KamAZ" markalı 02-BV-725 nömrə nişanlı yük avtomobilinə çırpılması nəticəsində baş verib.
Nəticədə "Mercedes" markalı avtomobilin sərnişini Goranboy rayon sakini 1983-cü il təvəllüdlü Elnarə Əmrahova hadisə yerində dünyasını dəyişib, sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib”, - deyə R. Tağıyev bildirib.
10:45
"Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.05.2024-cü il tarixində saat 19:18-də Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub:
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alandan birinin - 41 yaşlı şəxsin (cinsi qadın) həkiməqədər ölümü qeydə alınıb.
Xəsarət alanlardan 36 yaşlı şəxsə (cinsi kişi) döş qəfəsinin küt travması, dodağın çapılmış yarası, 34 yaşlı şəxsə (cinsi kişi) isə qapalı kəllə-beyin travması, sağ qolun sıyrılmış yarası diaqnozu qoyulub və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
00:27
"Hadisə dünən saat 19 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş verib".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib.
O qeyd edib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması faktı qeydə alınıb.
"Hadisə "Mercedes" markalı avtomobilin arxadan "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişinlərdən biri dünyasını dəyişib, sürücü və digər sərnişin isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə R.Tağıyev qeyd edib.
28 may, 22:12
Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, qadın sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində sürücü ölüb, üç nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Qəzanın başvermə səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib