UEFA İngiltərə Futbol federasiyası tərəfindən elan olunan rasizmə və istənilən növ ayrıseçkiliyə qarşı etiraz əlaməti olaraq sosial şəbəkələrin boykot edilməsi kampaniyasına qoşulub.
Təşkilatdan verilən məlumata görə, aprelin 30-dan mayın 3-dək qurumun sosial şəbəkə səhifələrində yeni postlar dərc olunmayacaq.
Təşəbbüs UEFA prezidneti Aleksand Çeferin tərəfindən də dəstəklənib.
O, bildirib ki, öz zəhərli fikirlərini yayan və anonimlik arxasında gizlənən qorxaqlarla mübarizə aparmaq vacibdir.