2018-ci ildə "Atletiko Madrid"in "Real Madrid"i 4:2 hesabı ilə məğlub edərək UEFA Superkubokunu qazanmasından sonra turnirdə maraqlı bir tendensiya formalaşıb.
Oxu.Az xəbər verir ki, son yeddi ildə Superkubokun qalibi yalnız Çempionlar Liqasının qalibi olub.
2019-cu ildən bu yana keçirilən bütün Superkubok matçlarında Avropa Liqasının qalibləri məğlubiyyətlə üzləşiblər. "Liverpul" (2019), "Bavariya" (2020), "Çelsi" (2021), "Real Madrid" (2022), "Mançester Siti" (2023) və yenidən "Real Madrid" (2024) ardıcıl olaraq kuboku başları üzərinə qaldırıblar. Son olaraq isə ötən gecə keçirilən PSJ - "Tottenhem" matçını da Fransa təmsilçisi qazanıb.
Həmin illərdə Avropa Liqasının qalibləri - "Çelsi", "Sevilya", "Vilyarreal", "Ayntraxt" və "Atalanta" Superkubok mübarizəsində qalib gələ bilməyiblər. PSJ-yə penaltilər seriyasında məğlub olan (2:2, 4:3) "Tottenhem"də bu sıraya qatılıb.
