UEFA-nın İntizam Komitəsi Xorvatiya millisini Split şəhərində İtaliya yığmasına qarşı keçirilən oyunda (1:1) azərkeşlərin səsləndirdiyi nasist şüarlarına görə sərt cəzalandırdı.
Oxu.Az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, xorvatlar Avro-2016-nın seçmə mərhələsində 1 xaldan məhrum ediliblər.
Onlar həmçinin növbəti iki ev oyunu boş tribunalarda keçirəcəklər və mövsümün sonuna kimi “Polyud” stadionunda oynaya bilməyəcəklər.
Qeyd edək ki, Xorvatiya yığması Avro-2016-nın seçmə mərhələsində Azərbaycan ilə bir qrupdadır. İndi onların 6 oyundan sonra 13 xalları var. Xorvatlar qrup lideridir.
Azərbaycan isə 4 xalla qrupda 5-ci yerdədir.