Italiyanın "Yuventus" klubu mümkün maliyyə pozuntuları ilə əlaqədar UEFA tərəfindən araşdırma obyektinə çevrilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Klub sentyabr ayında UEFA-dan 2022-2025-ci illər dövrünü əhatə edən araşdırmanın başladığı barədə bildiriş alıb.
Yekun qərarın 2026-cı ilin yazında veriləcəyi bildirilib. Turin təmsilçisi cərimələnə və ya oyunçularının UEFA yarışlarında qeydiyyatdan keçməsinə məhdudiyyət qoyula bilər.