UFC turnirlərinin təşkili ilə məşğul olan "TKO Group Holdings" şirkəti Ağ Evdə keçirilmiş "UFC Freedom 250" turniri ilə bağlı 30 milyon dollar zərər etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "MMAFighting" portalı məlumat yayıb.
Məlumata görə, ilkin hesablamalara əsasən, turnirin təşkili üçün xərclərin təxminən 60 milyon dollar olacağı gözlənilirdi. Bununla belə, şirkət sponsorluq müqavilələri və digər tərəfdaşlıq sazişləri hesabına itkilərin bir hissəsini kompensasiya edə bilib.
Buna baxmayaraq, UFC-nin 2026-cı ilin ikinci rübündə ümumi gəliri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29% artıb. Bu artım, əsasən, "Paramount" şirkəti ilə yayım hüquqlarına dair bağlanmış müqavilə nəticəsində əldə olunan gəlirin 64.7 milyon dollar yüksəlməsi hesabına baş verib.
Qeyd edək ki, "UFC Freedom 250" turniri iyunun 15-nə keçən gecə Ağ Evin ərazisində keçirilib. Yarış ABŞ Prezidenti Donald Trampın 80 illiyinə və ABŞ-ın yaranmasının 250 illiyinə həsr olunub. Turnirin əsas döyüşündə ispaniyalı İliya Topuriya amerikalı rəqibi Castin Qeyciyə uduzub.